Ermənistanda əsgər anaları növbəti aksiya keçirdi
Ermənistanın qeyri-döyüş şəraitində həlak olmuş hərbi qulluqçularının valideynləri İrəvanda növbəti etiraz aksiyası keçiriblər. APA-nin "eprees.am" saytına istinadən verdiyi məlumata görə, əsgər anaları əvvəlcə Prezident Administrasiyasının qarşısına toplaşıb, sonra isə Milli Məclisin qarşısında gəliblər.
Onlar hərbi qulluqçuların ölümü ilə bağlı cinayət işlərinin açılmamasından narahatlıqlarını ifadə ediblər. Analar bildiriblər ki, baş prokuror Qevorq Kostanyananın Mİlli Məclisdəki illik məruzəsini gözləyirlər.
“Əsgər anaları bilmək istəyirlər ki, baş prokuror cinayət işlərinin açılmamasını necə izah edəcək, deputatlar orduda baş verən cinayətlərlə bağlı məsələ qaldıracaqlarmı?” - deyə "eprees.am" yazır.
Valideynləri dinləyən deputat Samvel Farmanyan qeyd edib ki, oğullarını itirmiş valideynlərə təsəlli verə bilməz: “Bu ağrını mən də yaşamışam. Mənim əmim oğlu da orduda həlak olub. Sadəcə, söz verə bilərəm ki, baş prokurorun məruzəsi zamanı bu problemi qaldıracam".
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?