"Fənərbaxça"nın avtobusuna silahlı hücumla bağlı saxlanılanlar azadlığa buraxıldı
Türkiyənin "Fənərbaxça" klubunun avtobusuna silahlı hücumla əlaqədar saxlanılan iki nəfər məhkəmədən azadlığa buraxılıb.
APA TV-nin xəbərinə görə, saxlanılanları məhkəmə binasının qarşısındakı yaxınları sevinclə qarşılayıb.
Saxlanılanların yaxınları Trabzon valisinin istefasını da tələb ediblər. Onların fikrincə, polis cinayət işinin araşdırılması çərçivəsində günahsız adamları həbs edir.
"Fənərbaxça"nın avtobusuna silahlı hücumla bağlı araşdırmalar isə davam etdirilir. Hadisə yerinin yaxınlığından tapılan ov tüfəngində barmaq izinin olub-olmadığı ekspertizanın rəyindən sonra məlum olacaq.
Xatırladaq ki, "Fənərbaxça" klubu "Çaykur Rizəspor" komandası ilə səfər oyunundan qayıdarkən avtobusa atəş açılıb. Silahlı hücum nəticəsində sürücü yaralanıb.
OXŞAR XƏBƏRLƏR
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür