Prezident İlham Əliyev Aİ-nın Avropa Qonşuluq Siyasəti üzrə komissarını qəbul edib
Prezidenti İlham Əliyev aprelin 8-də Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin "AzərTAc"a istinadən xəbərinə görə, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, enerji, mədəni, turizm və digər sahələrdə inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb, insan haqları məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda bu istiqamətdə uğurlu işlərin həyata keçirildiyi bildirilərək ölkəmizdə sərbəst toplaşma azadlığı, media, fikir, internet və digər azadlıqların təmin olunduğu qeyd edilib.
Söhbət zamanı bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün də yaxşı imkanların olduğu vurğulanıb.
OXŞAR XƏBƏRLƏR
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür