ABŞ prezidentliyinə namizəd: “Seçilsəm, başqa ölkələrin işinə qarışmayacağam”
Respublikaçı senator Rend Pol prezidentliyə namizəd olacağını rəsmən açıqlayıb.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, senator bildirib ki, ABŞ-ın azadlıq prinsiplərinə daha sadiq olmağa və başqa ölkələrin daxili işlərinə qarışmamağa üstünlük verəcək.
"Respublikaçılar seçkilərdə qələbə qazananda biz çox vaxt "Vaşinqton maşını"nın hansısa bir detalına çevrilmişik. Mən belə deyiləm. Prezident seçilsəm, başqa ölkələrin işinə qarışmayacağam" - deyə Rend Pol seçicilərə müraciət edib.
Məşhur mühafizəkar siyasətçi Ron Polun oğlu olan Rend Pol bu vaxta qədər iki dəfə prezidentliyə namizədliyini irəli sürüb. O, daha çox liberal görüşlü siyasətçidir. Siyasətə qədəm qoymamışdan əvvəl o, həyatının 18 ilini oftalmologiyaya həsr edib.
OXŞAR XƏBƏRLƏR
18:20
496
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1304
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1364
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1176
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
408
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1356