İraq ordusundan böyük əməliyyat
İraq ordusu İŞİD terror qruplaşmasına qarşı yeni əməliyyata başlayıb.
APA TV-nin məlumatına görə, Tikrit şəhərini azad edən İraq ordusunun yeni hədəfi terrorçuların nəzarət etdiyi Ənbar əyalətidir. İraq hökumətindən verilən açıqlamada deyilir ki, ordu Ənbar əyalətinin şərqindəki rayonları azad etmək üçün hücuma keçib.
İraq hökuməti əyalətin inzibati mərkəzi olan Ər-Ramadi şəhərində komendant saatı rejimi tətbiq edib. Bu, beynəlxalq koalisiya qüvvələrinin İŞİD mövqelərinə hava zərbələrinin endirildiyi vaxtla üst-üstə düşür.
Qeyd edək ki, ilk geniş miqyaslı hərbi əməliyyat Tikrit şəhərində aparılıb. Beynəlxalq koalisiyanın aviasiyasının dəstəklədiyi İraq ordusu Tikriti yalnız bir ay davam edən ağır döyüşlərdən sonra geri ala bilib.
OXŞAR XƏBƏRLƏR
18:20
496
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1304
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1364
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1176
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
408
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1356