Ermənistanda kütləvi həbslər başladı
Ermənistanın “Təsisedici parlament” təşkilatının koordinatoru Jirayr Sefilyan saxlanılıb. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, təşkilatın üzvü Pavel Manukyan və təşkilat koordinatorunun qardaşı Toros Sefilyan da polisə aparılıb. Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistan Xüsusi İstintaq Komitəsi nümayəndələri və polis əməkdaşları təşkilatın ofisində axtarış aparıblar. Onlar əraziyə gələn vəkilə axtarış haqqında sənədi təqdim etməyiblər və onu ofisə buraxmayıblar. Bundan başqa təşkilatın bir neçə üzvünün, o cümlədən saxlanılan Jirayr Sefilyanın evində axtarış aparılıb. Xüsusi istintaq komitəsinin məlumatına görə, saxlanılanlar aprelin 24-də “erməni soyqırımının ildönümü” ilə əlaqədar planlaşdırılan tədbirlərdə təxribat törətməyi planlaşdırıblar. Saxlanılanlar silah, döyüş sursatları və partlayıcı maddələrin qanunsuz saxlanılmasında günahlandırılırlar.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?