Bakıda 35 yaşlı kişi bıçaqlandı
Ötən gecə Bakıda bıçaqlanma hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, gecə saatlarında 1 saylı Şəhər Klinik Xəstəxanasına müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə şəhər sakini, 35 yaşlı Şahin Məhərrəm oğlu Novruzov gətirilib.
Dostu olduğunu bildirən Türkan adlı şəxs tərəfindən xəstəxanaya çatdırılan yaralıya həkimlər sol bazu və sol sarğı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Şahin Novruzov dərhal əməliyyat olunub.
Hadisə barədə polisə məlumat verilib. Məlum olub ki, cinayət Nərimanov rayonu ərazisində törədilib. Polis əməkdaşları hadisə yerində müayinələr aparıblar. Zərərçəkmişin vəziyyəti ağır olduğu üçün hələlik polisə ifadə verə bilməyib. Bu səbəbdən cinayətin hansı zəmində və kim tərəfindən törədilməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür