Külli miqdarda saxta dollar satmaq istəyənlər tutuldu
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Kamerunda anadan olmuş Belçika vətəndaşları Maput Martial və Hongla Samuel 10 min saxta ABŞ dollarını 5 min ABŞ dollarına satarkən yaxalayıblar.
Onların Xırdalan şəhərindəki kirayədə yaşadıqları evdən əlavə 10 min saxta ABŞ dolları, 1 ədəd rəngli printer və müxtəlif kimyəvi maddələr aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı onların respublikamızda keçiriləcək Yay Avropa Oyunları qabağı çoxsaylı turistlərin gələcəyini və xarici valyutanın daha çox istifadə olunacağını nəzərə alaraq saxta ABŞ dolları hazırlamaq və dövriyyəyə buraxaraq külli miqdarda gəlir əldə etmək niyyətində olduqları müəyyən edilib.
Faktla bağlı Baş idarənin İstintaq şöbəsində cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
18:20
529
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1332
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1392
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1178
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
411
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1358