Ucarda dövlət qurumunun binası külə döndü
Ucar rayonunda güclü yanğın hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, yanğın Kənd Təsərrüfatı Nazirliyi yanında yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Ucar rayon şöbəsinin inzibati binasında qeydə alınıb.
Üçmərtəbəli binanın yuxarı hissəsində başlanan yanğın tezliklə bütün binanı əhatə edib. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar və Göyçay rayonlarının Yanğından Mühafizə hissələrinin canlı qüvvəsi, texnikası cəlb olunub. Binada olan şəxslər evakuasiya edilib. Yanğın lokallaşdırılıb.
Binanın tamamilə yandığı bildirilir. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
18:20
529
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1332
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1392
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1178
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
411
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1358