Lerikdə 77 yaşlı kişinin evindən cəbbəxana aşkarlanıb
Daxili İşlər Nazirliyi evindən xeyli silah-sursat aşkar edilmiş şəxsin görüntülərini yayıb. APA TV-nin məlumatına görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nurəvud kənd sakini, 77 yaşlı Qurbanəli Babayevin evindən 1 ədəd nömrəsi silinmiş "Naqan" markalı tapança, 1 ədəd kustar üsulla hazırlanmış tapança, 1 ədəd idman tapançası, 1 ədəd qundağı kəsilmiş və 3 ədəd lüləsi kəsilmiş və nömrəsi silinmiş ov tüfəngləri, 3 ədəd kustar üsulla hazırlanmış bıçaq, 67 ədəd müxtəlif çaplı patron, 1,5 kiloqram qırma, 75 ədəd giliz və tüfəng üçün lülə və qundaqlar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
18:20
529
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1332
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1392
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1178
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
411
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1358