Gəncə sakini həyat yoldaşı və qayınanasını bıçaqladı
Gəncə sakini həyat yoldaşı və qayınanasını bıçaqlayıb.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Kəpəz rayonu ərazisində baş verib.
Şəhər sakini, 31 yaşlı Fikrət İbadov ailə münaqişəsi zəminində həyat yoldaşı, 21 yaşlı Ayşə İbadovaya və qayınanası, 37 yaşlı Əfsanə Abbasovaya bıçaqla xəsarət yetirib. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Чəstəxanasına yerləşdirilib.
Həkim-travmatoloq Məharət Kərimov bildirib ki, Ayşə İbadova sifətinin sağ tərəfinin böyük ölçülü kəsilmiş yarası, Əfsanə Abbasova hər iki said nahiyəsinin damar-sinir-vətər dəstinin kəsilməsi diaqnozu ilə xəstəxanaya daxil olub: "Yaralıların travmatoloji müayinəsi aparılıb".
Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:20
543
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1347
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1405
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1181
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
415
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1360