Ermənistan bu il 26 hərbçisini itirib – BEYNƏLXALQ HESABAT
2015-ci ilin ilk rübü ərzində Ermənistan Silahlı Qüvvələri 26 hərbi qulluqçusunu itirib. APA-nın Ermənistanın “epress.am” saytına istinadən verdiyi xəbərə görə, bu məlumat Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin hazırladığı hesabatda əksini tapıb.
“Bu o deməkdir ki, qoşunların təmas xəttində vəziyyət kəskinləşir, bu isə öz növbəsində, itkilərin artmasına gətirib çıxarır", deyə təşkilatın hesabatında qeyd edilir.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da rəsmi məlumatlara görə, Ermənistanın bu il 30-dək hərbçisini itirdiyini açıqlayıb. Qeyri-rəsmi məlumatlara görə isə bu rəqəm 50-yə çatır.
OXŞAR XƏBƏRLƏR
16:36
855
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
943
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1705
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
1061
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
1355
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
748