Fransada qəzaya uğrayan təyyarənin ikinci qara qutusu tapılıb
Fransada qəzaya uğrayan “Airbus-А320” təyyarəsinin ikinci “qara qutusu” tapılıb. APA TV-nin məlumatına görə, bu barədə Marsel şəhərinin prokuroru Bris Roben bildirib.
Onun sözlərinə görə, “qara qutunun” vəziyyəti istintaq araşdırmalarında istifadə edilməsi üçün yararlıdır. “Qara qutu” bu gün Parisə ekspertizaya göndəriləcək. B. Roben bildirib ki, bundan əvvəl tapılan "qara qutu"nun korpusu olub.
Xatırladaq ki, "Germanwings" aviaşirkətinin "Airbus A320" tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Barselonadan Düsseldorfa uçan laynerin qəzaya uğraması nəticəsində 150 nəfər həlak olub.
OXŞAR XƏBƏRLƏR
18:20
607
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1412
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1470
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1186
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
417
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1363