Keniyada universitetdə hücum: 147 ölü
Keniyada silahlıların universitetə hücumu nəticəsində 147 nəfər ölüb, 80 nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, yüzlərlə tələbənin taleyi qeyri-müəyyən olaraq qalır.
Tələbələrin universitet yataqxanasında girov götürüldüyü bildirilir. İlkin məlumata əsasən, hücum “Əş-Şəbab”qruplaşması tərəfindən həyata keçirilib. Hadisə yerində xüsusi əməliyyat nəticəsində 4 silahlı məhv edilib. Məlumat üçün bildirək ki, "Əş-Şəbab" terror təşkilatının rəhbəri Məhəmməd Kunodur. Keniya hökuməti onun başına 217 min dollar pul mükafatı qoyub.
Qeyd edək ki, tələbələrinin 80 faizi xarici vətəndaşlar olan universitet, Keniyanın Somali ilə sərhədində, Qarissa şəhərində yerləşir.
OXŞAR XƏBƏRLƏR
18:20
607
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1412
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1470
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1186
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
417
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1363