DİN-in sabiq idarə rəisi həbs olundu
Səbail rayon Polis İdarəsinin əməkdaşları tanınmış kinorejissor və aktyor Nizami Musayevi saxlayıb. Vesti.az-ın məlumatına görə, N.Musayev 1992-ci ildə Azərbaycan DİN-in Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində də çalışıb. O, 1995-ci ildən axtarışda olub.
N.Musayev külli miqdarda dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Qeyd edək ki, N.Musayev aktyor və rejissor kimi bir çox filmlərdə çəkilib. Bu filmlər arasında “Lətifə”, “Bəyin oğurlanması”, “Ölsəm bağışla”, “Cin mikrorayonda”, “İşərəni dənizdən gözləyin” kimi filmlər var.
OXŞAR XƏBƏRLƏR
18:20
620
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1423
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1481
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1188
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
420
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1365