Cəlilabadda torpaq sürüşməsi baş verib
Son günlər Azərbaycanın güclü yağışlar Cəlilabad rayonunda torpaq sürüşmələrinə səbəb olub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad-Sadatlı avtomobil yolunda qeydə alınıb. Sürüşmə nəticəsində yolda dərinliyi yarım metrə çatan çatlar əmələ gəlib. Ən təhlükəli vəziyyət isə Qamışlıgöl və Sadatlı kəndlərini birləşdirən yolda hissəsində yaranıb. 10-a yaxın kəndin əhalisinin mütəmadi istifadə etdiyi yolun müxtəlif hissələrində asfalt qatı aralanıb.
Sürüşmə zonasında yerləşən bəzi evlərin və yardımçı tiklilərin divarlarında iri çatlar yaranıb. Sürüşmənin belə sürətlə davam etməsi tədricən ətraf təpələrdə iri topaq qatının uçmasına da gətirib çıxara bilər. Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasının sədri Asif Əzizov bildirib ki, əraziyə baxış keçirilməsi üçün mütəxəssislər dəvət olunub. Sürüşmə zonasındakı aktivlik yoxlanıldıqdan sonra yolun çökmüş hissəsində bərpa işləri aparılacaq.
OXŞAR XƏBƏRLƏR
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür