İŞİD-ə ağır zərbə: Tikrit azad edildi
İraq ordusu Tikrit şəhərini İŞİD terror qruplaşmasından azad edib.
APA TV-nin məlumatına görə, bu barədə İraqın baş naziri Heydər əl-Abadi açıqlama verib.
Baş nazir İraq ordusunun terrorçular üzərində qələbə qazandığını bildirib. Qeyd edək ki, İŞİD 2014-cü ilin iyun ayından başlayaraq, Mosul başda olmaqla İraqın bir neçə şəhərini ələ keçirmişdi. Bu ilin əvvəlindən başlayaraq, İraq ordusu beynəlxalq koalisiya qüvvələri və yerli könüllülərin dəstəyi ilə terrorçulara qarşı böyük əməliyyata başladığını bəyan edib.
Tikrit şəhərinin azad olunması İraq ordusuna Mosulu azad etməyə əlverişli şərait yaradır.
OXŞAR XƏBƏRLƏR
18:20
629
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1431
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1491
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1188
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
422
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1366