I Avropa Oyunlarının məşəli aprelin 26-da yandırılacaq
İyunun 12-dək 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəlinin alovlandırılacağı tarix dəqiqləşib. Apasport.az saytının məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bu tarixi hadisənin aprelin 26-da yaşanacağını deyib.
O bildirib ki, məşəl yandırıldıqdan sonra Azərbaycanın region və şəhərlərini gəzəcək. Məşəli ölkəmizin ərazisində tanınmış şəxsiyyətlər və idmançılar bir-birinə təhvil verəcəklər. Aprelin 26-da yandırılacaq məşəl iyunun 11-də yenidən paytaxta qaytarılacaq.
Qeyd edək ki, məşəlin 51 şəhərimizdə olması nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
18:20
634
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1436
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1496
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1188
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
422
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1367