Sergey Lavrov: "Yəmən konflikti İranla ərəb ölkələri arasında ciddi qarşıdurmaya səbəb ola bilər"
Moskva Yəməndəki vəziyyətin İranla ərəb ölkələri arasında açıq qarşıdurmaya keçməməsi üçün əlindən gələni edəcək. APA TV-nin Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib. "Bu dəhşətli nəticələrə gətirib çıxara bilər" deyə diplomat əlavə edib. Lavrov qeyd edib ki, əgər bu baş verərsə sünni-şiə münaqişəsinə keçə bilər. "Biz dünyaya bu təhlükə barədə hələ bəzi islam ölkələrində "ərəb baharı" qığılcımları yaşanan zaman xəbərdarlıq edirdik, lakin sözümüzü eşitmirdilər və ya eşitmək bəzilərinə sərf etmirdi. Həmin qüvvələr indi də sünni-şiə məsələsini qızışdırmaqla bu təhlükəni daha da artırılar. Biz buna yol verməyəcəyik".
OXŞAR XƏBƏRLƏR
18:20
639
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1441
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1501
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1188
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
422
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1367