Tverdə azərbaycanlı taksi sürücüsünü qaynı öldürüb - TƏFƏRRÜAT
Rusiya Federasiyasının Tver şəhərində öldürülən Azərbaycan vətəndaşının kimliyi və hadisənin təfərrüatı məlum olub. Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Tver vilayəti üzrə nümayəndəsi Sərdar Abdullayev APA-ya açıqlamasında bildirib ki, öldürülən əslən Azərbaycanın Balakən rayonundan olan, 29 yaşlı Əliyev Elgün Aşur oğludur. Onu qətlə yetirən isə qaynı, 40 yaşlı Məmmədov Elçin Əsgər oğludur. Hadisə ailə münaqişəsi zəminində olub. Elçin Məmmədov yeznəsini bacısını davamlı incitdiyi üçün öldürdüyünü bildirib. O, milis tərəfindən saxlanılıb. Elgün Əliyevin meyiti bu gün Azərbaycana gətirilib və doğulduğu Balakən rayonunda dəfn olunacaq. Qeyd edək ki, Tverdə marşrut avtobusunun sürücüsü işləyən Elgün Əliyev martın 27-də axşam saatlarında bıçaqlanıb. Faktla bağlı cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?