Azərbaycanda hava şəraiti kəskin dəyişəcək
Bu gündən etibarən Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, martın 31-i axşamadək qeyri-sabit hava müşahidə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Bakı və Abşeron yarımadasında da hava şəraiti qeyri-sabit keçəcək, arabir yağıntılı olacaq. Havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədə 7-8 dərəcə enəcək. Hava şəraiti əsasən şimal və qərb rayonlarından pisləşməyə başlayacaq.
OXŞAR XƏBƏRLƏR
18:20
714
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1515
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1574
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1196
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
428
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1377