Şirvanda ağır qəza: yaralanan qardaşlardan biri öldü
Şirvan şəhərində baş verən yol qəzasında iki qardaşdan biri ölüb. APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Şirvan sakini, 1985-ci il təvəllüdlü Şirməmmədov Məhəbbət Şamil oğlu idarə etdiyi “VAZ 21013” markalı “18 BA 313” dövlət nömrə nişanlı avtomobillə digər Şirvan sakini, 1976-cı il təvəllüdlü Hümbətov Rafiq Nurbaba oğlunun idarə etdiyi “Ford Tranzit” markalı “90 GA 161” dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “VAZ 21013” markalı avtomobilin sürücüsü və avtomobildə olan qardaşı, 1990-cı il təvəllüdlü Şirməmmədov Cəmil Şamil oğlu ağır kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Sürücü aldığı bədən xəsarətlərindən dünyasını dəyişib. İkincinin vəziyyəti ağır olduğundan Bakı şəhərinə, Neyrocərrahiyyə Mərkəzinə aparılıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür