Göyçayda ikimərtəbəli ev yanıb
Göyçay rayonunda fərdi yaşayış evi yanıb. FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, hadisə rayonun Bığır kəndində qeydə alınıb. Kənd sakini 1962-ci il təvəllüdlü Seyidov Akif İbad oğluna məxsus ikimərtəbəli 4 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı ümumi sahəsi 288 kvadratmetr olan evin 144 kvadratmetrlik hissəsi içindəki əşyalarla birgə yanaraq külə dönüb. Evin qalan hissəsi və ona bitişik talvar yanğından mühafizə edilib. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:20
764
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1564
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1623
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1198
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
432
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1382