Türkiyədə azərbaycanlı ailəsində dəm qazı faciəsi: 1 nəfər öldü, 6 nəfərin vəziyyəti ağırdır
Türkiyənin Bursa bölgəsinin Mərkəz Yıldırım rayonunun Eğitim məhəlləsində dəm qazından 7 azərbaycanlı zəhərlənib, onlardan biri ölüb. APA TV-nin Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisəyə səbəb sobanın bacasının tıxanıq olması göstərilib. Məlumatda bildirilib ki, 31 yaşlı Tərlan Əhmədoğlu ölüb, onun yaxın qohumları Səltənət Əhmədoğlu, Məhək Əhmədoğlu, Cumalı Əhmədov, Günəş Əhmədov, Sevgi Əhmədova, Teylam Əhmədov isə xəstəxanaya yerləşdiriliblər. Polis orqanlarından bildirilib ki, hadisənin baş verməsinə səbəb evdə yandırılan daş kömür sobasından sızan dəm qazı olub. Məlumata görə, ölən və zəhərlənənlər Azərbaycan vətəndaşlarıdır. Hadisə ilə bağlı istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
18:20
764
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1564
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1623
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1198
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
432
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1382