Rusiyada azərbaycanlı taksi sürücüsü amansızlıqla öldürülüb
Rusiyada azərbaycanlı taksi sürücüsü amansızlıqla qətlə yetirilib. APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, hadisə Tver şəhərinin Levitan küçəsində baş verib. Taksi dayanacağına yaxınlaşan bir nəfər naməlum səbəblərdən taksi sürücüsünə qəfildən bıçaqla zərbələr endirməyə başlayıb. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. 29 yaşlı azərbaycanlının həyatını xilas etmək üçün təcili yardım çağırılsa da artıq gec olub. Tver və Moskva polisi araşdırmalara başlayıb, cinayəti törədən şəxs axtarılır. Hadisənin baş verdiyi ərazi nəzarətə götürülüb.
OXŞAR XƏBƏRLƏR
18:20
761
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1561
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1620
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1198
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
432
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1382