Nigeriyada "Boko Haram" təhdidi altında seçkilər keçiriləcək
Nigeriyada bu gün prezident və parlament seçkiləridir. APA TV-nin məlumatına görə, prezidentliyə namizəd olan 14 nəfər arasında Qudlak Conatan və keçmiş prezidentlərdən Məhəmməd Buxari də var. Hər iki namizəd seçkilərin əmin-amanlıq içərisində tamamlanması üçün müqavilə imzalayıblar. Eyni zamanda Conatan və Buxari öz tərəfdarlarını hər cür zorakılıqdan çəkinməyə dəvət ediblər.
Hər iki namizəd seçicilərinə "Boko Haram"la mübarizəni daha da gücləndirəcəklərini və ölkədə sülhün bərqərar olacağı sözünü veriblər.
"Boko Haram" təşkilatı isə ölkənin şimal-şərqində seçkiyə icazə verməyib. Eyni zamanda bu bölgədə terror aktları törədəcəkləri ilə bağlı ölkə rəhbərliyini hədələyib.
OXŞAR XƏBƏRLƏR
18:20
764
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1564
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1623
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1198
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
432
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1382