Ağstafada yaşayış evində partlayış: ər və arvad ağır yaralandı
Ağstafada yaşayış evində partlayış baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, partlayış zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə ötən gün rayonun Vurğun qəsəbəsində Cəmaləddin Rzayeva məxsus evdə qeydə alınıb. Partlayış qaz sobası işə salınan zaman baş verib. Nəticədə 1955-ci il təvəllüdlü Cəmaləddin Rzayev və həyat yoldaşı, 1958-ci il təvəllüdlü Mahizər Xanbaba qızı Rzayeva yanıq xəsarətləri ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Həkimlər yaralıların vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Ailənin yaxın qohumu partlayışın qaz sızmasından baş verdiyini bildirib.
OXŞAR XƏBƏRLƏR
18:20
764
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1564
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1623
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1198
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
432
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1382