Nyu Yorkda güclü partlayış: 3 bina uçdu
Nyu Yorkun Manhetten rayonunun İst Villic məhəlləsində qazın partlaması nəticəsində üç bina uçub, dörd binaya isə ciddi ziyan dəyib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə meqapolisin fövqəladə hallar xidmətinin məlumatında bildirilir. Məlumata görə, hadisə nəticəsində 19 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır. Yanğının söndürülməsi istiqamətində tədbirlər hələ də davam edir. Yanğınsöndürənlər zədələnmiş binalardan sakinlərin hamısını artıq təxliyə edib. Hadisə baş verdiyi əraziyə kənar şəxslər buraxılmır. Yerli KİV-lərin məlumatına görə, insidentdən əvvəl partlayışın baş verdiyi binanın qaz təchizatı sistemində təmir işləri aparılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR
18:20
764
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1564
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1623
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1198
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
432
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1382