Tovuzda odunun içində olan güllə sobada partladı, yaralanan var
Tovuzda fərdi yaşayış evində partlayış baş verib. APATV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən axşam rayonun Ermənistanla sərhəddə yerləşən Əlibəyli kəndində Şirinovlar ailəsinə məxsus evdə qeydə alınıb. Ev sahibi, 1964-cü il təvəllüdlü Atlaz Mehvalı qızı Şirinova meşədən qış üçün tədarük edilən odunu evə gətirib. Odunun içində partlamamış güllə olub. Odun sobaya atılan zaman güclü partlayış baş verib. Nəticədə qadın müxtəlif bədən xəsarətləri alıb. Partlayış zamanı A. Şirinovanın həyat yoldaşı, 1960-cı il təvəllüdlü Vahid Tapdıq oğlu Şirinov da qəlpə yarası alıb. Yaralılar dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR
18:20
761
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1561
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1620
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1198
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
432
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1382