Bakıda yoldan çıxan avtomobil yandı
Bakıda yol-nəqliyyat hadisəsi baş verib, qəzaya uğrayan maşın yanıb. APA TV-nin məlumatına görə, hadisə Heydər Əliyev prospektində, "Koroğlu" metrostansiyasnın yaxınlığında baş verib. "Opel Mokka" markalı, 10 EA 020 dövlət nömrə nişanlı avtomobil Heydər Əliyev prospekti ilə şəhər mərkəzi istiqamətində yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə avtomobil prospektdə əsas və köməkçi yolları ayıran arakəsməyə çırpılıb. Daha sonra avtomobil bir neçə metr sürüşüb və yanmağa başlayıb. Yüngül xəsarət alan sürücü alışan maşını tərk edə bilib.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb edilib. Qəzaya uğrayan avtomobil tamamilə yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?