Tovuzda inəyini satan kəndliyə 700 manat saxta pul verilib
Tovuzun mal-qara bazarında maraqlı sövdələşmə baş tutub. APA TV-nin xəbərinə görə, Aşağı Mülkülü kənd sakini Nazim İbrahimov 1 ilə yaxın öz həyətində bəslədiyi erkək dananı bazara çıxarıb, baha qiymətə satmaq istəsə də, buna nail ola bilməyib. Kənd sakini iribuynzulu heyvanı razılaşıb istədiyi qiymətə satsa da, aldığı 710 manatın 700-ü saxta çıxıb.
Zərərçəkənin sözlərinə görə, o, fırıldaqçını bazarda ilk dəfə görüb. Bəslədiyi heyvanı satan Nazim İbrahimov pulları dükana vermək istəyəndə onun saxta olduğu üzə çıxıb. Dərhal saxta əskinasları Tovuz rayon Polis Şöbəsinə təhvil verib.
Heyvan sahibinə 14 ədəd eyni nömrəli 50 manatlıq saxta əskinas verən şəxs barəsində Tovuz RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:20
877
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1671
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1729
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1202
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
437
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1389