“Bakı-2015”in biletləri satışda: İlk bileti prezident İlham Əliyev aldı
Bakıda keçiriləcək I Avropa Oyunlarının biletləri satışa çıxarılıb. APA TV-nin verdiyi məlumata görə, bu gün Dənizkənarı Milli Parkda təşkil Novruz şənliyində Birinci Avropa Oyunları ilə bağlı xüsusi guşələr yaradılıb. Prezident İlham Əliyevə ilk online bilet təqdim olunub.
Qeyd edək ki, şəhərin bütün kassalarından və online şəkildə əldə oluancaq biletləri şəxsiyyəti təsdiq edən sənədləri olan 18 yaş və ondan yuxarı şəxslərin himayəsində etibarlı biletləri olan uşaqlar və yaşı 16-dan az olan yeniyetmələr əksər yarış məkanlarına pulsuz giriş əldə edəcəklər.
Lakin Heydər Əliyev adına idman arenasında və Milli Gimnastika arenasında keçirilən yarışlar istisna təşkil edəcək. Burada 16 yaşından kiçiklər üçün biletlər sadəcə 1 manat olacaq.
Açılış və bağlanış mərasimlərində bütün yaş qruplarından olan azarkeşlər üçün qiymətlər fərqli və əlverişli olacaq. Açılış mərasiminə biletlərin qiyməti 20 manat, bağlanış mərasiminə isə 10 manatdan başlayacaq.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?