Bakının mərkəzi küçə və prospektlərində böyük tıxac yaranıb
Bu gün səhər saatlarında Bakının bir neçə mərkəzi küçə və prospektində böyük tıxac yaranıb. “APA -Economics”in Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, saat 10:00-a olan məlumata görə, Azadlıq prospektində, Rəşid Behbudov küçəsində, Yüsif Səfərov küçəsində, 28 May küçəsində, Cəlil Məmmədqulu küçəsində, Badamdar küçəsində, Əbdürrəhman bəy Haqverdiyev küçəsində, Şah İsmayıl Xətai küçəsində, Gülayə Qədirbəyova küçəsində, Əbdüləzəl Dəmirçizadə küçəsində, Fəzail Bayramov küçəsində, Nürəddin Süleymanov küçəsində böyük tıxac müşahidə olunur.
Qeyd olunan küçələrdə avtomobillərin hərəkət sürəti 4,61 km/saatdan, 40 km/saata kimi dəyişir. Ən uzun tıxac isə Azadlıq prospekti, 28 May küçəsi və Yüsif Səfərov küçələrində müşahidə olunur.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?