Netanyahunun partiyası parlamentdə 29 yer qazandı
İsraildə keçirilən növbədənkənar parlament seçkilərində səslərin sayılması başa çatıb. İsrail Mərkəz Seçki Komitəsinin açıqladığı ilkin məlumata görə, baş nazir Benyamin Netanyahunun başçılıq etdiyi Likud Partiyası parlamentdə 29 yer qazanıb. APA TV-nin xəbərinə görə, müxalifətdəki “Sionist Birliyi” isə 24 yer qazanıb. Benyamin Netanyahu ilkin nəticələrin açıqlanmasından sonra “Twitter” hesabından şərh verib. “Bütün çətinliklərə baxmayaraq, Likud və İsrail üçün möhtəşəm bir qələbə” - deyə, Netanyahu yazıb.
İsrail Mərkəz Seçki Komitəsinin məlumatına görə, səsvermə hüququ olan israillilərin 71,8 faizi səsvermədə iştirak edib. Likud Partiyası səslərin 23,27 faizini əldə edib. İzak Herzoq və Tzipi Livninin liderlik etdiyi “Sionist Birlik” isə 18,73 faiz səslə kifayətlənməli olub.
Üçüncü olan “Birləşmiş Ərəb Siyahısı” 10,98 faiz səs qazanıb. Bu isə ərəblərə Knessetdə 14 deputatla təmsil olunmağa imkan verəcək.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?