Bakıda yol polisinin avtomobili qəzaya uğrayıb
Ötən gecə Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, qəza rayonun Salamzadə küçəsində qeydə alınıb. Yol patrul xidmətinə məxsus "BMW" markalı avtomobil baş yolda hərəkətdə olarkən yardımçı yoldan qəflətən onun qarşısına "Renault" markalı avtomobil çıxıb. Bu zaman "Renault"a dəyən "BMW" daha sonra "Toyota"ya çırpılıb.
Qəza zamanı xəsarət alan olmasa da, hər üç maşına ciddi ziyan dəyib. Hadisə yerində Yasamal rayon Yol Polisi Şöbəsinin əməkdaşları gəliblər. Avtomobillər evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:20
877
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1671
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1729
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1202
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
437
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1389