Zaqatalada ev yanıb
Zaqatalada fərdi yaşayış evində yanğın olub. APA TV-nin məlumatına görə, yanğın hadisəsi rayonun Əliabad qəsəbəsində qeydə alınıb. Rasim İbrahimova məxsus ümumi sahəsi 90 kv/m olan birmərtəbəli 2 otaqlı ev qəfil tüstülənməyə başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı dərhal alınıb. Yanğın nəticəsində evin tüstü bacasının ətrafı 3 kv/m sahədə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:20
877
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1671
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1729
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1202
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
437
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1389