Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev istefa verib
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev istefa verib. Bankdan APA-ya verilən məlumata görə, Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının martın 18-də keçirilmiş iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barəsində ərizəsi təmin edilib.
İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib.
Azərbaycan dövlətini Bankda təmsil edən Maliyyə Nazirliyi həmin iclasda ölkənin ən iri bankının inkişafına gələcəkdə də tam dəstək olacağını bildirib.
OXŞAR XƏBƏRLƏR
16:36
772
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
874
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1642
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
1053
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
1347
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
743