Tovuzda ağır yol qəzası: 5 yaralı
Tovuz rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Düz Qırıqlı kəndindən keçən hissəsində qeydə alınıb. “Mercedes” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ” markalı maşının sürücüsü, Tovuz rayonunun Qovlar şəhər sakini, 1987-ci il təvəllüdlü Yaşar Ələddin oğlu Cabbarov və hər iki avtomobildə olan sərnişinlər - 1987-ci il təvəllüdlü Niyaməddin İbrahimov, 1993-cü il təvəllüdlü İradə Cabbarlı, 1963-cü il təvəllüdlü Gülxanım Fərzəliyeva, 1983-cü il təvəllüdlü Ayşə Cabbarova müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan Yaşar Cabbarovun vəziyyəti ağır olduğuna görə Gəncə şəhərində olan xəstəxanaların birinə aparılıb. İlkin araşdırmaya “Mercedes” markalı avtomobil “VAZ 2107”-nin qarşısına çıxıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür