Nazir Kəmaləddin Heydərov Hacıqabulda qəbul keçirib
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Hacıqabulda vətəndaşları qəbul edib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qəbulda Hacıqabul, Saatlı, Sabirabad və İmişli rayonlarının sakinləri, həmçinin həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edib.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 25 vətəndaşın müraciətinin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 89, digər məsələlərlə bağlı müraciət etmiş 100 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.
OXŞAR XƏBƏRLƏR
18:20
924
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1718
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1778
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1209
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
441
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1395