Axır çərşənbə günü hava yağıntılı olacaq
Martın 17-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq. Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Martın 18-dən etibarən isə yağıntılar tədricən kəsiləcək, hava nisbətən mülayimləşəcək.
OXŞAR XƏBƏRLƏR
18:20
972
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1762
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1822
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1213
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
444
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1399