Gəncədə iki gənc bir-birini bıçaqlayıb
Gəncədə bıçaqlanma hadisəsi olub. APA TV-nin Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 18 yaşlı Rüstəm Ruzigar oğlu Sadıqov martın 15-də saat 16 radələrində bıçaqlanaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Qolundan bıçaqlanan gənc dərhal əməliyyat edilib və vəziyyətinin stabil olduğu bildirilir.
Saat 19 radələrində isə Göygöl rayonunun Qızılca kənd sakini, 20 yaşlı Şirxan Şirin oğlu Abdullayev qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Məlum olub ki, Rüstəm Sadıqovla Şirxan Abdullayev dalaşıblar və bir-birini bıçaqlayıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:20
972
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1762
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1822
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1213
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
444
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1399