Azərbaycanda sərhədlərin mühafizə işində yüksək texnologiyalar tətbiq ediləcək
Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında DSX rəisi general-polkovnik Elçin Quliyev ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov dövlət sərhədlərinin mühafizəsində yüksək texnologiyaların səmərəli tətbiqi imkanlarını geniş müzakirə ediblər. Tərəflər arasında bu sahədə gələcək əməkdaşlıq münasibətlərini müəyyən edən qarşılıqlı anlaşma memorandumu imzalanıb.
APA TV-nin DSX-nın saytına istinadən verdiyi məlumata görə, memoranduma əsasən ölkə hüdudlarının monitorinqində, həmçinin dövlət sərhəd xəttinin delimitasiyası və demarkasiyası tədbirlərində yüksək rabitə texnologiyalardan, o cümlədən “Azersky” peykinin imkanlarından geniş istifadə ediləcək.
Memorandum çərçivəsində DSX Akademiyasının “Uçuş mühəndisliyi” ixtisası üzrə təhsil alan kursantlarının rabitə və yüksək texnologiyalar sahəsində təcrübə keçməsinin təşkili də nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür