Külli miqdarda narkotikin sərhəddən keçirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitəni dövlət sərhədindən keçirməyə cəhd edən qrup ifşa edilib. DSX-nin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, martın 5-də saat 24:00 radələrində Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində xidmətin əməkdaşları qaçaqmalçılıq yolu dövlət sərhədindən narkotik maddələri keçirən Salyan rayon sakinləri Hüseynov Rövşən Balaqardaş oğlunu və Mirzəyev Təlatun Abdul oğlunu “Mercedes” markalı Az-99-NN-353 nömrə nişanlı avtomobillə saxlayıblar. Xidmət əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq gözyaşardıcı qazdan istifadə etməklə hadisə yerindən qaçmağa cəhd göstərən şəxslər sərhədçilər tərəfindən yaxalanıblar. Saxlanılmış şəxslərin üzərinə baxış keçirilərkən 4 kiloqram tiryək, 4 ədəd mobil telefon, 1 ədəd gözyaşardıcı qaz balonu aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanıb, cinayətin iştirakçıları barədə həbs-qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?