İŞİD terrorçuları "Boko Haram"ın sadiqlik andını qəbul ediblər
İŞİD terror təşkilatının nümayəndələri Nigeriyanın Boko Haram qruplaşmasının sadiqlik andını qəbul edib. APA-nın məlumatına görə, bu barədə “Frans Press” məlumat yayıb. Məlumata görə, nigeriyalı terrorçuların sadiqlik andının qəbul olunduğunu qruplaşmanın mətbuat-katibi Məhəmməd əl Ədnani bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Nigeriyada fəaliyyət göstərən Boko Haram terror qruplaşmasının silahlıları İŞİD-ə sadiq qalacaqlarına and içiblər.
Boko Haram silahlılarının internetdə paylaşdıqları video çarxda əks olunan terrorçular İŞİD-ə tabe olacaqlarına and içiblər.
Video çarxda ərəb dilində səslənən bəyanatın nigeriyalı terrorçuların lideri tərəfindən dəstəkləndiyi qeyd edilir.
Qeyd edək ki, bundan əvvəl Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistanda fəaliyyət göstərən bir neçə terror qruplaşmaları İŞİD qruplaşması ilə birləşib.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?