Novruz ərəfəsində Bakıda satış yarmarkaları keçiriləcək
Novruz bayramı ərəfəsində Bakıda təşkil olunacaq kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının ünvanları açıqlanıb. Kənd Təsərrüfatı Nazirliyindən APA TV-yə verilən məlumata görə, Novruz bayramı ilə əlaqədar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının və möhtəkirliyin qarşısının alınması məqsədi ilə 14-19 mart tarixlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək. Yarmarkalar Xətai, Nəsimi, Yasamal, Nərimanov, Səbail, Suraxanı, Binəqədi rayonlarında təşkil olunacaq.
Bayram günlərində Bakı şəhərinin digər yerlərində də yarmarkaların keçirilməsi nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
18:20
1049
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1835
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1895
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1218
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
450
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1404