Kazanda azərbaycanlının ticarət mərkəzi yandı: ölənlər var
Rusiyada azərbaycanlı biznesmenə məxsus ticarət mərkəzində güclü yanğın olub. Hadisə Kazan şəhərində yerləşən “Admiral” ticarət mərkəzində qeydə alınıb. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 5 nəfər ölüb, 36 nəfər xəsarət alıb. Xəsarət alanlardan 14 nəfəri xəstəxanaya yerləşdirilib, dağıntılar altından 4 nəfər çıxarılıb. Rusiya Fövqəladə Hallar Nazirliyi Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Rodıqin bildirib ki, dağıntılar altında 15 nəfərin qaldığı güman olunur. Yanğının söndürülməsinə və insanları dağıntılar altından çıxarılmasına 435 nəfər və 100 ədəd texnika cəlb olunub. Rusiya FHN-dən bildiriblər ki, yanğına elektro-texniki nasazlıq səbəb olub. “Admiral” ticarət mərkəzinin azərbaycanlı sahibi Hüseyn Qəhrəmanov isə “LifeNews”a açıqlamasında bildirib ki, hadisədən öncə binanın yandırılacağı ilə bağlı ona hədə-qorxu olunub. Buna görə də iş adamı obyektin mühafizəsini gücləndirib, hətta bu işə qohumlarını cəlb edib. Hüseyn Qəhrəmanovun sözlərinə görə, dükan sahibləri mallarını çıxarmağa cəhd etməsəydilər, qurbansız ötüşmək olardı. Qeyd edək ki, yanğın 12 min kv.m-lik ərazini əhatə edib.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?