İstanbulda 1 milyon avroluq narkotik ələ keçdi, dəstənin azərbaycanlı üzvü qaçdı
Türkiyədə şahmat qutularının içindən 1 milyon avro dəyərində narkotik tapılıb. APA TV-nin məlumatına görə, İstanbul polisi xaricdən qaçaqmalçılıq yolu ilə Hakkariyə, ordan da İstanbula narkotik vasitə gətirildiyini müəyyən edib. Polis əməkdaşları şəhərin Alibeyköy səmtində məskunlaşan cinayətkar dəstəni 1 ay izləyib. Məlum olub ki, narkotik vasitə saxlandığı ərazidən başqa yerə daşınacaq. Eyüp Respublika Prokurorluğundan icazə alındıqdan sonra hüquq-mühafizə orqanları əməkdaşları narkotik vasitənin saxlandığı ünvanda əməliyyat keçirib. Əməliyyat zamanı 159 paketdə gizlədilmiş 76 kiloqram heroin aşkarlanıb. Şahmat qutularında gizlədilən heroinin 1 milyon avro dəyərində olduğu müəyyənləşib. İstanbul polisi hazırda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfəri axtarır. Onlardan ikisi Türkiyə, biri isə Azərbaycan vətəndaşıdır. Əməliyyatdan əvvəl hər 3 şəxs qaça bilib.
OXŞAR XƏBƏRLƏR
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür