Yasamalda "Volkswagen"lə "Mercedes" toqquşub, sürücü yaralanıb
Ötən gecə Bakının Yasamal rayonunda qəza baş verib. APA TV-nin məlumatına görə, qəza "20 Yanvar tuneli" adlanan ərazidə qeydə alınıb. Avtomobili yüksək sürətlə idarə edən "Volkswagen"in sürücüsü idarəetməni itirib və maşını eyni istiqamətdə hərəkətdə olan "Mercedes"ə çırpıb. Qəza zamanı "Wolvsvagen"in sürücüsü xəsarət alıb. Əraziyə çağırılan təcili yardım briqadası xəsarət alan sürücüyə hadisə yerində ilkin yardım göstərildikdən sonra o, xəstəxanaya çatdırılıb. Qəza ilə bağlı yolda nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Hadisə yerinə Yasamal rayon Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunub. Yaranan tıxac aradan qaldırılıb və nəqliyyatın hərəkəti bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:20
1063
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1847
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1909
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1221
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
450
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1404