Düşmənin təxribat qrupunun basqın cəhdinin qarşısı alınıb, bir hərbçimiz şəhid olub
Düşmənin təxribat qrupunun basqın cəhdinin qarşısı alınıb. APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 11-də axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupu Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib.
Şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib.
Düşmənlə döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Atayev Anar Mamed oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir.
OXŞAR XƏBƏRLƏR
18:20
1063
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1847
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1909
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1221
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
450
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1404