Pakistan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Pakistan prezidenti Məmnun Hüseyn martın 11-də Azərbaycana rəsmi səfərə gəlib. APA TV-nin məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı və xanımı Bequm Sahibanı baş nazirin müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Dövlət başçısını Pakistanın rəsmi şəxsləri və biznesmenlərdən ibarət böyük nümayəndə heyəti müşayiət edir.
Qeyd edək ki, Məmnun Hüseyn Azərbaycana prezident İlham Əliyevin dəvəti əsasında səfər edib. Üç günlük səfər zamanı keçiriləcək danışıqlarda əsas diqqət iqtisadiyyat, ticarət, təhsil, müdafiə, elm və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına yönələcək. Danışıqların yekunu olaraq 4 sənəd imzalanacaq. Pakistan prezideninin səfəri zamanı həmçinin biznes forumu keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
18:20
1063
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1847
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1909
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1221
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
450
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1404